SOSİUM

18 Avqust

Bakıda beynəlxalq tibb sərgisi keçiriləcək

Noyabrın 3-5-də Bakı Ekspo Mərkəzində “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçiriləcək.

Bu barədə Fins.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, “Medinex” Azərbaycanda tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribyutorlar və sənaye peşəkarları üçün görüş yeridir.

Sərgi TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir.

Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunacaq.