Sentyabrın 28-29-da Bakıda 5-ci Şərq Tərəfdaşlığının Elektron İnfrastruktur Konfransı “EaPEC 2022 -The 5th Eastern Partnership E-infrastructure Conference) keçiriləcək.
Bu barədə Fins.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyalar İnstitutundan məlumat verilib.
Məlumata görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən 25-dək ekspert və alimin iştirakı gözlənilir. Təqdimatlar əsasən “Açıq elm”, “Bulud sistemləri”, “Kibertəhlükəsizlik”, “E-təhsil”, “Təhsil”, “E-səhiyyə və Yerin müşahidəsi”, “Rəqəmsal humanitar elmlər və İKT İnnovasiyası” mövzularını əhatə edəcək.
Bundan öncə iyunun 13-17-də İtaliyanın Triesta şəhərində “EaPEConnect” konfransı keçirilib və Azərbaycanı həmin tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təmsil edib.