Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb.
Bu barədə Fins.az “Speedtest Global Index”ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212,98 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.