SOSİUM

09 Avqust

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaları 19 % artıb

Bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253,5 min ton, yük dövriyyəsi isə 6 005,6 milyon ton-km olub

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,3 % və 25,6 % çoxdur.

Yüklərin 13 079,6 min tonu və yaxud 53,9 %-i avtomobil nəqliyyatı, 7 914,2 min tonu və yaxud 32,6 %-i dəmir yolu nəqliyyatı, 3 259,7 min tonu və yaxud 13,5 %-i isə dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,3 %-ni və yaxud 6 621,5 min tonunu tranzit yüklər təşkil edib.