SOSİUM

04 Avqust

Xaricdə müalicə almaq istəyənlər mütləq oxusun

Tibbi turizm Azərbaycanda bir çox insanların tam bələd olmadığı yeni sahədir. Lakin xaricdə müalicəyə gedənlər gözəl bilir ki, təkbaşına Türkiyədə, Almaniya, İsrail, Avstriyada həkim tapmaq, müayinələrdən keçmək, uğurlu müalicə çox çətindir. Xaricdə pasiyent birbaşa klinkaya müraciət etməklə, daha çox ödəmələr etmək məcburiyyətində qalır.

"Fins.az"-ın müsahibi "A-Medical" tibbi turizm şirkətinin təsisçisi Ziba Valehovadır. 

- Ziba xanım, necə oldu ki, xaricdə tibbi turizm üzrə şirkət yaratmaq qərarına gəldiniz? Bu işdə əsas hədəfiniz nədir?

- Artıq 7 ildir ki, bu sahədə təcrübəm var. Bundan öncə Avropa oyunlarının təşkilati işlərində çalışmışam. Dil biliyim olduğu üçün xarici ölkələrlə əməkdaşlıq mənim üçün asandır.

İllər öncə təsadüf nəticəsində bir ailəyə yardım etdim. O, xaricdə oğlu üçün həkim axtarırdı. Mən onun sənədlərini tərcümə etdim və yönləndirdim. Pasiyent xidmətdən çox razı qaldı. Daha sonra digər insanlar bu barədə eşidib müraciət edirdi.

Bəzi sponsorlarla əməkdaşlıq etdik, xəstələrin xaricdə müalicəsini təşkil edirdim, onların yanında Türkiyəyə gedirdim. Beləcə, Türkiyə səhiyyə sisteminə dərindən bələd oldum. Daha sonra A-Medicalı qurmağa qərar verdim.

Daxili və xarici turizm şirkəti olaraq pasiyentlərə Türkiyənin “A-class” dərəcəli klinikalarında (İstanbul, Antalya, Ankara), Almaniya, Avstriya, İsraildə, eləcə də xarici pasiyentlərin Azərbaycanın ixtisaslaşmış həkimlər tərəfindən müalicə və müayinələrini paket qiymətlərlə təşkil edirik.

Türkiyə səhiyyə sistemində bilmədiyimiz məqamlar hansılardır? Xəstənin özünün müalicə planlaması ilə şirkətlə əməkdaşlıq arasında nə kimi fərqlər var?

Bu yaxınlarda bir pasiyent bizə təkrar Türkiyədə əməliyyat olunmaqla bağlı müraciət etmişdi. Belə ki, pasiyent özü birbaşa Türkiyədə çox tanınmış klnikaya müraciət etmiş və nəticədə yanlış əməliyyat olunmuş, hazırda pasiyentin maddi imkanı yol versə də heç bir klinika təkrar əməliyyata götürülmürdü. Bu vəziyyətdə pasiyent özü birbaşa Türkiyədə klinikaya müraciət eməklə nə əldə etdi:

Yanlış klinika və həkim seçimi

Uğursuz əməliyyat

Maddi itki

Əlavə stress və əsəb

Sağlamlığında daha da geriləmə

Türkiyədə hər klinika bir neçə müalicə sahəsinə və bir sıra aparıcı həkimlərinə görə məşhurdur. Biz bu sahədə təcrübəli olduğumuzdan artıq hansı müalicənnin hansı klinkada və hansı həkim tərəfindən uğurla müalicə oluna biləcəyini müəyyən edə bilirik. Misal üçün; Onkoloji müalicənin lazım olduğu  pasiyentlə,hematoloji müalicəyə ehtiyacı olan pasiyenti eyni klinkaya göndərmirik.

Başqa bir vətəndaş övladının hematoloji xəstəlikdən müalicə olunması üçün birbaşa Türkiyədə hansısa klinkaya müraciət etmiş, pasiyentə verilən qiymət təklifi çox yüksək olmuş üstəlik xəstənin sağalmağalacağı ilə bağlı  da heç bir zəmanət verilməmişdi. Pasiyentin valideynləri övladlarının sağlamlığında heç bir irəliləyiş görmədiklərindən olan qalan pulların da xərcləyib vətənə geri dönmək məcburiyyətində qalmışdılar.

Yuxarıda qeyd etdiyim hallar təbi ki, tək deyil belə vəziyyətlə vətəndaşlarımız demək olar ki,hər gün rastlaşır. Bu vəziyyətdə belə qənaətə gəlmək olur ki,  “Türkiyədə bütün həkimlər, klinikalar superdir, getsəm dərdimi tapacaqlar” kimi sterotip fikirlər səhvdir. 

Hazırda ölkəmizdə insanlara ilkin informasiya dəstəyi də göstərirəm. Bu konsultasiya ödənişsizdir. İstənilən vətəndaş bizə müraciət edib, xaricdə müalicə bağlı məlumatı ödənişsiz əldə edə bilər.

Şirkətimiz İsrail, Almaniya, Avstriyadan da klinikalarla rəsmi əməkdaşlıq edir. Medikal turizm üzrə beynəlxalq tədbirlərdə, sərgilərə qatılaraq işgüzar əlaqələrimiz daha da genişləndiririk.

"A-Medical" xətti ilə Türkiyədə uğurlu müalicə alan pasiyent hekayələrindən hansını bölüşə bilərsiniz, hansılar yadda qalıb?

- Bu yaxında bizə  müraciət edən ailənin övladında neyroblastoma diaqnozu idi. Bakıda uğursuz əməliyyat olunmuşdu. Şişi götürdükdən sonra metastaz iliyə, sümüyə, böyrəyinə yayılmışdı. Sonda uşağın müəlicəsindən imtina edilib. Həkimlər kimyaterapiya edilsə də, uşaq uzun müddət yaşamayacağı da xüsusi qeyd olunurdu. Uşağın sənədlərini təcili olaraq Neyroblastlar, leykozlar üzrə dünyada peşəkar kimi tanınan Acıbademdə professor Gülyüz Öztürkə göndərdik.Uşağı apardıq, özüm də onunla getdim. Həkimlər konsilium keçirdilər. Türkiyədə bəyəndiyim cəhət budur ki, xəstə barədə bir həkim qərar vermir. Xəstəni bir çox həkimlər yoxlayır, sonra yığışıb müzakirə edib, ortaq qərar verirlər.

Gülyüz doktor şəxsən uşağın sağalacağı ilə bağlı zəmanət verdiyini bildirdi.Pasiyentə çox müasir kimyaterapiya təyin edildi. 18000 dollarlıq kimyaterapiya posedurunun dəyərini,biz 13000 dollara endirdik. Halbuki ana özü getsəydi, heç bir endirim hüququ olmayacaqdı. Beyindəki şişi qurutdular. İndi bir böyrəyində əməliyyat və ilik köçürülməsi olunmalıdır. Bunlar da olsa, uşaq xilas olur. Düzdür, ailənin maddi durumu artıq tükənib. Bu da yanlış müalicələrə pul sərf etməkdəndir. İstəyirik onu televiziya verilişlərinə çıxaraq maddi köməklik əldə etməyinə kömək göstərilsin və uşaq tam sağalasın. Həqiqətən uşağın yaşama şansı çoxdur.

Bu ailə uşağın 6 aylıq müalicəsinə görə ən azı 30 min dollar qənaət edə bildi. Özü tək getsəydi, o əlavə 30 mini də xərcləməyə məcbur olacaqdı.

Gülyüz həkim kimi professorların qəbuluna düşmək də çətindir. Xəstə özü getsə, belə asan qəbula düşə bilərdimi?

- Xeyr. Ən azı 1 ay öncədən yazılmaq lazım idi. Amma biz bir günə bu görüşü təyin etməyi bacardıq. Bizim o klinika ilə əlaqələrimiz var deyə bizə güzəşt olunur. Ola bilərdi ki, hətta xəstəyə deyərdilər bu doktorun vaxtı yoxdur, başqa həkimə göndərərdilər.

Azərbaycanda son vaxtlar qan xəstəliyi olan uşaqların sayı artır. Müxtəlif verilişlərə çıxırlar, yardım kompaniyaları keçirilir. Onların valideynlərinə nə məsləhətlər verərdiniz?

- Biz ilik köçürülməsi, orqan transplantasiyası (qaraciyər, böyrək köçürülməsi) əməliyyatlarına çox böyük endirimlər əldə edirik.

“A - Medical”a müraciət etmək xərclərə ciddi qənaət deməkdir. Həm də klinikalar görəndə ki, xəstənin sahibi korporativ şirkətdir, işlərinə daha ciddi yanaşırlar.

Çünki xəstənin narazı olması əməkdaşlığın bitməsi deməkdir. Xəstə özü gedəndə isə sonradan həkimi tapa da bilmir, geri dönüş alınmır.

Azərbaycanda talassemiya xəstələr çoxdur. Valideynlər çox zaman tibbi turizm şirkətlərinə güvənmir, nədənsə elə bilirlər ki, biz xidmətləri daha baha edəcəyik. Halbuki biz xəstədən bir manat da almırıq. Pasiyent bütün ödənişlərini birbaşa özü klinikada ödəyir, qəbzini də alır.

Talassemiyalı xəstələr də Türkiyəyə tək gedəndə onlara çox yüksək qiymət deyilir. Amma bizə müraciət etsələr azı 5-8 min dollar qənaət etmiş olarlar. Bizim insanların beynində bir fikir kök salıb ki, vasitəçi olan adamın hansısa maddi marağı var. Əksini başa sala bilmirik. Qəpik-qəpik yardımla uşaqlarına pul yığırlar, aparıb verirlər, təklif edirik ki, gəl biz aparaq, bizim də yardımımız endirim olsun.

Son bir neçə ayda ən çox hansı xəstələr müraciət edib?

- Hematoloji qan xəstəlikləri, onkoloji xəstələr,neyrocərrahi,  bir də reabilitasiyaya ehtiyacı olan xəstələr.

Mən hətta reabilitasiya üçün İstanbuldakı mərkəzləri də məsləhət görmürəm. Reabilitasiya alan insan aylarla orda qalmalıdır. Gündə 3-4 dəfə klinikaya gedib-gəlir. Bu xəstələr üçün kurort şəraiti, sakit yer olmalıdır. İstanbulda gündəlik yaşam xərci çox bahadır. Ora getsə, ikiqat xərci çıxır. Amma eyni mərkəzlər kənarda, məsələn İzmit, Eskişeherdə eyni müalicə qat-qat ucuz olub.

Məsələn: Bir xəstə, 37 yaşı var idi, qəzadan bədəni işləmirdi. Özü İstanbula aparıcı klinakalarn birinə müraciət etmişdi, həkim müayinədən sonra bildirmişdi ki, sağalması mümkün deyil. Heç fizioterapiya da təyin etmədi. Ümidsiz qayıtmışdılar.

Mən isə ümidimi üzmədim, dedim ola bilməz ki, müalicəsi olmasın. Araşdırmalar etdim, İstanbuldan kənarda reabilitasiya mərkəzlərini tapdıq. Onlara müraciət etdik, xəstəni göndərdik. Cəmi 2 ay getdi, artıq çəliklərdən birini atıb. Davam etsə xeyli düzələcək.

Əgər ilk başdan müraciət etsəydi, daha tez sağalardı. Orda çəkdiyi xərcin 5 qatını burda çəkmişdi, amma faydası olmamışdı. Həm vaxt itirildi, həm pul. Həmin reabilitasiya mərkəzinə başqa xəstə də yönəltdik. 17 yaşında qəza nəticəsində onurğa iliyi zədələnmişdi, boyundan aşağı bədəni işləmirdi. Burda əməliyyata alınanda demişdilər ağırdır, sağ çıxmayacaq. Çıxdı, amma tam şikəst idi.

Azərbaycanda heç kim sağalacağına ümid vermirdi. Həmin fizioterpaiya mərkəzində bir neçə ay ərzində pasiyent artıq öz əlləri ilə yemək yeyir. Özü geyinir, danışır. Bircə qalıb addım atmağı.

Eləcə də uşaqlarda Koklear implantı əməliyyatı, beyin pilinin yerləşdirilməsi üçün epilepsiya və Parkinson xəstələri də çox müraciət edir. Çünki bunlar yeni metodlardır və Bakıda yoxdur. Koklear implant ilə eşitməyən uşaqların eşitməsi bərpa edilə bilir.

Azərbaycanda vətəndaşlarımız, övladları müalicəyə ehtiyacı olan analar bilsinlər ki, Türkiyədə, Almaniyada, İsraildə özbaşına gedib həkim tapmaq, müalicə olunmaq acı nəticələr verə bilər, Üstəlik bizim təşkil edəcəyimiz halda olandan daha çox vəsait xərcləməyə məcbur olacaqlar. Xaricdə müalicəni tibbi turizmlə məşğul olan etibarlı şirkətlərə həvalə etmək ən sərfəli, ən uğurlu seçimdir.

Bizim də məqsədimiz odur ki, həm düzgün həkim, həm uyğun klinika, həm də endirim əldə edilməsinə nail olaq.

Tibbi turizm xidmətindən istifadə edərək xaricdə zəmanətli şəkildə və az xərclə müalicə olunmaq istəyən şəxslər "A-Medical" tibbi turizm şirkətinə müraciət edə bilər. 

Əlaqə telefonu: +994 10 310 93 33