SOSİUM

02 Avqust

ASCO I yarımildə 1,6 milyon ton yük daşıyıb

Bu ilin I yarısında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 1,6 milyon ton yük daşıyıb.

Fins.az ASCO-ya istinadən xəbər verir ki, "Bərə" və "Ro-Pax" tipli gəmilərlə daşınan vaqonların sayı 18 428 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 17 618 ədəd olub.

ASCO-nun universal quru yük gəmiləri ötən yarım ildə 564 min ton yük də nəql edib.