SOSİUM

26 İyul

ƏƏSMN: Sosial islahat zərfi 4 milyon insanı əhatə edib

“Son 4 il ərzində üç böyük sosial islahat zərfi 4 milyon insanı əhatə edib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirədə deyib.

O bildirib ki, islahatlar 4 milyon vətəndaşı əhatə edib: "Bu məqsədlər üçün dövlət büdcəsindən 6 milyard manata yaxın vəsait ayrılıb. Əmək və məşğulluq sahəsində islahatlar sosial-iqtisadi sahədə siyasətin prioritet istiqamətlərini təşkil edir. Onu deyə bilərəm ki, ölkədə minimum əmək haqqı 2,3 dəfə artıb. Orta əmək haqqı iqtisadiyyat üçün ən böyük inkubatorlardan biridir. Orta əmək haqqı 50 faizdən çox artıb. Əmək müqaviləsi bildirişlərində 400 minə yaxın artım var. Fəxrlə deyə bilərik ki, ölkədə əmək haqqı fondu iki dəfədən çox artıb".