Yaxın 5 ildə Azərbaycanda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 %-ində saxlanılacaq.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
Strategiyaya əsasən, bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq: "Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək”.