SOSİUM

22 İyul

Azərbaycan yaxın 5 ildə tranzit yükdaşımalardan gəlirini 2 dəfə artıracaq

Azərbaycanda yaxın 5 ildə tranzit yükdaşımalardan əldə edilən gəlir 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyə qədər artaraq, 450 milyon manata çatacaq.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.

"Aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022‒2026- cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaq. Nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək", - deyə sənəddə qeyd olunub.