SOSİUM

22 İyul

Bu ilin 6 ayında 16 min nəfər işlə təmin edilib

Yanvar-iyun aylarında Nazirliyin tabeliyindəki Dövlət Məşğuluq Agentliyi tərəfindən 16 min nəfər işlə təmin edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib. Onun sözlərinə görə, 5000-dən çox şəxs özünüməşğulluq proqramına, 1900-dək şəxs peşə hazırlığına, DOST İş Mərkəzi tərəfindən isə 4500-dək şəxs ödənişli ictimai işlərə cəlb edilib.