SOSİUM

21 İyul

Türkiyə vətəndaşlarına quru sərhədini keçməklə Azərbaycandan çıxmağa icazə verilib

Türkiyə vətəndaşlarına quru sərhədini keçməklə Azərbaycandan çıxmağa icazə verilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.

Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.