SOSİUM

20 İyul

Bakı Limanı vasitəsi ilə Azərbaycandan tranzit keçən TIR-ların həcmində 29,5% artım var

Bakı Limanından "Fins.az"-a verilən məlumata görə, limanda logistik şirkətlər və ümumilikdə liman istifadəçiləri üçün formalaşdırılan rahat mühit, infrastruktur imkanları eyni zamanda yeni reallıqlar fonunda Avropa, Türkiyə və Mərkəzi Asiya arasında Bakı Limanından keçməklə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) dövriyyəsində ciddi artım qeydə alınıb. Belə ki, ötən ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18 075 ədəd TIR daşınmışdısa, 2022-ci ilin ilk 6 ayında bu rəqəm 23 410 ədəd olub ki, bu 29,5%-lik artım deməkdi