SOSİUM

20 İyul

Havanın temperaturu beş dərəcəyədək aşağı enəcək – XƏBƏRDARLIQ

Həftə sonunadək küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.

Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.

Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.