SOSİUM

18 İyul

Azərbaycan əhalisinin nominal pul gəlirləri 20% artıb

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 32 milyard 959,7 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,9% çoxdur. Bu barədə “Fins.az”-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib.

Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,4% - 3 min 279,6 manatadək artıb.

Yanvar-iyun aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 29 milyard 371,8 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,1% çoxdur