SOSİUM

15 İyul

Qaz sızmaları ilə bağlı müraciətlərin sayı azalıb

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinə qaz sızmaları ilə bağlı 4153 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 734 müraciət azdır.

"Fins.az"  xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin şöbə rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə qazın olmaması ilə bağlı 3661 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2534 müraciət azdır:

“Qazın olmaması və ya təzyiqin aşağı olması ilə bağlı müraciətlərin əksəriyyəti aparılan təmir işləri ilə əlaqədar olub. İlin ilk altı ayında borclu abonentlər sərf etdiyi qazın ödənişini etmədiyinə görə 1554 abonentin qaz təchizatı dayandırılıb. Bu abonentlərə borcun vaxtında ödəmələri ilə bağlı izahatlar verilib. Söhbət bir ay deyil üç ay borcu olan abonentlərdən gedir. Borc ödənildiyi halda qazın təchizatı bir iş günü ərzində bərpa olunur”