SOSİUM

14 İyul

Altı ay ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 147 574 elektron arayış alınıb

Cari ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 147 574 elektron arayış alınıb.

Fondun mətbuat xidmətindən  bildirilib ki, bu arayışların 21 771-i pensiya, 111 497-si müavinət və təqaüd, 7 785-i fərdi şəxsi hesab, 1 696-sı ünvanlı dövlət sosial yardımı, 1 341-i torpaq pay mülkiyyətçisi, 1 682-si sosial sığorta şəhadətnamə nömrəsi, 383-ü şəhid ailəsi üzvü, 443-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 632-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 281-i əlilliyi olan şəxslərə qulluq, 63-ü Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.