“Yay aylarında uşaqlarda bəzi infeksiyalara daha çox rast gəlinir. Xüsusilə mədə-bağırsaq problemləri üstünlük təşkil edir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı deyib.
“Bu mövsümdə rotavirus ilk müşahidə edilən xəstəliklərdəndir. Yüksək hərarət, qusma, ishal əsas əlamətlər arasındadır. Adenovirus isə rotavirusa nisbətən uşaqlara daha çox təsir edir. Qaytarma və ishal adenovirusun simptomlarındandır. Bu zaman qızdırma nisbətən daha aşağı olur”.