Milli Məclisin 2022-ci il üçün növbədənkənar sessiyası başa çatıb.
Fins. az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Bununla da deputatlar tətilə çıxıblar.
Qeyd edək ki, parlamentin payız sessiyasının sentyabrın 30-u keçirilir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.