Milli Məclisin iclasında “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsinə baxılıb.
Fins.az-ın məlumatına görə, əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları haqqında” qanuna əsasən sosial sığorta stajına daxil edilən dövrlər nəzərə alınacaq.
Həmçinin avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması nəzərdə tutulur.
Yəni, ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır.
Layihə səsə qoyularaq qəbul edilib.