Dövlət Əmək Müfəttişliyi Xidməti Birinci Qarabağ müharibəsi veteranlarının məzuniyyət vaxtının 46 gün göstərildiyi halda, İkinci Qarabağ müharibəsi veteranlarında məzuniyyət vaxtının belə olmamasının səbəblərinə aydınlıq gətirib.
Fins.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət şöbəsinin müdir müavini Aynurə Tağıyeva bildirib ki, Zəfər altsistemi ilə bağlı sistemə inteqrasiya mövcuddur.
“Əslində İkinci Qarabağ müharibəsi veteranlarında da məzuniyyət vaxtı 46 gündür. Bunun sistemdə göstərilməməsi Zəfər altsistemində həmin şəxs barədə məlumatların mövcud olmaması ilə bağlı ola bilər. Bu artıq dəqiqləşdirilməli məlumatdır. Zəfər altsistemindəki məlumatlar ƏMAS-a da inteqrasiya olunur”, - Aynurə Tağıyeva əlavə edib.