SOSİUM

08 İyul

"Azəriqaz" limitlərlə bağlı göstəriciləri açıqlayıb

Bu ilin yanvar-iyun ayında əhali qrupu üzrə abonentlərin 71,3%-i (1 734 000 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

Fins.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Ruslan Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 28,7% və ya 700 minə yaxın abonent təşkil edib.

 

İyulun 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 432 156 ədəddir, bunların 62,1%-i sonradan ödənişli (mexaniki), 38%-ə yaxın smart-kart tipli cihazlardır.

Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.