SOSİUM

06 İyul

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

2022-ci ilin iyun ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 128 min 92 nəfər olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib. Qeyd edilib ki, onlardan 99 min 28 nəfəri yaşa, 13 min 48 nəfəri əlilliyə, 16 min 15 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.