SOSİUM

05 İyul

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda hibrid formatda beynəlxalq konfrans öz işinə başlayıb.

Fins. az xəbər verir ki, konfrans Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Aparılan müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzifəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin Regional Əlaqələndiricisi Mahir Əliyev, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, Bakı beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Eugene Seahin iştirak edəcəyi gözlənilir.