SOSİUM

01 İyul

Bakının ictimai iaşə dövriyyəsi 80% artıb

Bu ilin yanvar-may aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1% artaraq 374 mln. manat olub.

Fins.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 217,4 mln. manat olub ki, bu da ümumi dövriyyənin 58,1%-ni təşkil edib.