SOSİUM

23 İyun

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi sürətlə aparılır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən sürətlə davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Yolun texniki göstəriciləri:

Yolun uzunluğu - 81.6 km;

Yolun texniki dərəcəsi - I;

Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;

Hərəkət zolağının eni - 3.5 m;

Torpaq yatağının eni - 21.5-29.5 m;

Hərəkəti hissəsinin eni - 14-21 m;

Yol çiyinlərinin eni - 3.75 m x 2.

Yerinə yetirilən iş:

- 137 müxtəlif diametrli su ötürücü boru - 7 200 p/m;

- 30 yeraltı keçid - 1110 m;

- 7 avtomobil körpüsü - 763 p/m;

- 7 avtomobil tuneli – 6358 m;

- 9 viaduk - 1980 m.

 

Viaduklar (körpü tipli nəqliyyat qurğusu):

1-ci viaduk - 57 km-də, 175 m;

2-ci viaduk - 61.6 km-də, 245 m;

3-cü viaduk - 62.5 km-də, 270 m;

4-cü viaduk - 65.1 km-də, 150 m;

5-ci viaduk - 69.67 km-də, 140 m;

6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);

7-ci viaduk - 78.7 km-də, 295 m;

8-ci viaduk - 79.3 km-də, 185 m;

9-cu viaduk - 79.7 km-də, ortalama 380 m (sol-410 m, sağ-350 m).

Tunellər:

1-ci Tunel - 53.9 km-də, ortalama 3340 m (sol 3330 m, sağ-3350 m);

2-ci Tunel - 69.9 km-də, ortalama 315 m (sol 344 m, sağ-286 m);

3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ- 550.2 m);

4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ-680.6 m);

5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ-510.2 m);

6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431, sağ 507.8 m);

7-ci Tunel - 80.6 km-də, ortalama 495.1 m (sol 430, sağ-482.3 m).