SOSİUM

22 İyun

3-cü mikrorayon istiqamətində avtobuslar uzunmüddətli gecikmə ilə hərəkət edir

Hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Bu barədə Fins.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər. Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.