SOSİUM

17 İyun

“Gəncədən aviareyslər məsələsinə yenidən baxılmalıdır”

Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib. 

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib. 

Deputat qeyd edib ki, Gəncədən aviareyslərin həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır: “Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyəti qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”. (Qafqazinfo)