SOSİUM

13 İyun

Bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən “Fins.az”a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - kənar yolda;

3. Binəqədi şosesində - mərkəzə doğru - Azadlıq prospekti metro stansiyası istiqamətində;

4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən Ziya Bünyadov prospekti ilə kəsişməyədək;

6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

7. Tbilisi prospektində 20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək A.Bakıxanov küçəsi istiqamətində;

8. Ak.Həsən Əliyev küçəsində Tbilisi prospekti ilə kəsişmədən 1 saylı Asan xidmətin qarşısına qədər;

9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən;

11. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda, həmçinin Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində əsas və kənar yolda;

12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

13. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və əks istiqamətdə 28 may küçəsinə dönən hissədə;

14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə kəsişməyədək;

16. Kövkəb Səfərəliyeva küçəsində 28 may küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq müşahidə olunur.