Sabahdan Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Fins.az"-a “Azəriqaz” İB-nin məlumat verilib.
Qeyd olunub ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 10.06.2022-ci il tarixdə saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılması, həmçinin 10.06.2022-ci il tarixində saat 09:00-dan etibarən 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”, “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
11.06.2022-ci il tarixində işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.