Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.
Fins.az xəbər verir ki, “Numbeo” qlobal verilənlər bazasının hesabatına görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Taksi xidmətlərinin baha qiymətinə görə, dünyada birinci yeri İsveçrə tutur – bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ - 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Artan qiymət göstəricisi üzrə ölkələr aşağıdakı ardıcıllıqla təqdim olunur:
|
Ölkələr (MDB) |
Yerli valyuta |
Azərbaycan manatı |
1 |
Belarus |
0,50 BYN |
0,25 |
2 |
Qırğızsan |
15 KGS |
0,32 |
3 |
Özbəkistan |
2209,49 UZS |
0,34 |
4 |
Moldova |
4 MDL |
0,36 |
5 |
Ermənistan |
100 AMD |
0,39 |
6 |
Tacikistan |
2,88 TJS |
0,44 |
7 |
Rusiya |
20 RUB |
0,57 |
8 |
Qazaxıstan |
150 KZT |
0,59 |
9 |
Azərbaycan |
1 AZN |
1 |
10 |
Türkmənistan |
3 TMT |
1,46 |