SOSİUM

03 İyun

İlin sonuna qədər Şuşada DOST Mərkəzinin filialının açılması planlaşdırılır

Bu ilin sonuna qədər Şuşa şəhərində DOST Mərkəzinin filialının açılması planlaşdırılır.

Fins.az-ın xəbərinə görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

O bildirib ki, bu ilin sonuna qədər Bərdədə regional DOST Mərkəzi də yaradılacaq: "Bakıda da yeni DOST Mərkəzinin açılışı planlaşdırılır".