SOSİUM

02 İyun

Cənub Qaz Dəhlizi İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir

"Cənub Qaz Dəhlizi (SGC) İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir".

Fins.az xəbər verir ki, bunu İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda İtaliya enerji, xüsusilə də qaz daşımalarının şaxələndirilməsi üzərində işləyir.

V.Qava Trans-Adriatik Qaz Kəmərinin (TAP) vacibliyini vurğulayıb.

O, bu kəmər vasitəsilə ötürülən təbii qaz həcminin 7,2 milyard kubmetrədək artırıldığını xatırladıb: “Hazırda TAP kəməri vasitəsilə ötürülən təbii qaz həcminin 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan ikinci mərhələyə doğru irəliləyirik”.