Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.
Regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.
Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.