Bu ilin yanvar-mart ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 585,8 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,2% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 559,6 manata bərabər olub.