Milli Məclisin iyun ayında növbədənkənar sessiyası keçiriləcək.
Bununla bağlı bir qrup deputat artıq qanunvericiliyin tələbinə uyğun olaraq müraciət edib.
Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.