SOSİUM

19 May

DSMF-nin xərcləri 6% artıb

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 767 milyon manat təşkil edib.

Fins.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon manat və yaxud 6% çoxdur.

"DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır", - deyə qurum bəyan edib.