SOSİUM

16 May

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 7%-dək artıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2 557,7 mln. ton-km olub.

"Fins.az" xəbər verir ki, bu Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 6,3% artım müşahidə olunub.

Yüklərin 6115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3 507 min tonu və ya 32,3%-i dəmir yolu nəqliyyatı, 1 236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8%-i və ya 2 585,3 min tonunu tranzit yüklər təşkil edib.