SOSİUM

01 May

Bu gündən Azərbaycanda maska tələbi ləğv edildi

Bu gündən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilib.

“Fins.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Bundan başqa, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.