Koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ehtimal olunur ki, kollektiv immunitet nəticəsində pandemiyanın sona çatdığı elan olunsun.
“Amma çox ehtiyatlı olmalyıq. Payız aylarına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”, - deyə nazir əlavə edib.