SOSİUM

07 Aprel

Hindistanın şirkəti Rusiyadan 2 milyon barel Urals nefti alır

Hindistanın neft emalı şirkəti Bharat Petroleum (BPCL) Trafigura treyderindən may fyuçersləri üçün Rusiyadan 2 milyon barel Urals nefti alıb.

"Fins.az" xəbər verir ki, bu barədə cümə axşamı "The Hindu" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hindistan BPCL-i aldıqdan sonra fevralın 24-dən bəri ən azı 16 milyon barel Rusiya nefti ehtiyatı saxlayıb ki, bu da ölkənin bütövlükdə 2021-ci ildə Rusiya neft idxalının həcminə bərabərdir.

Mart ayında Urals-ın əhəmiyyətli endirimlərlə alınması Indian Oil, Hindustan Petroleum və Nayara Energy tərəfindən həyata keçirilib.

KİV-in məlumatına görə, Moskva Nyu-Dehliyə nefti 35 dollara qədər endirimlə təklif edib. Çatdırılmaların CIF (qiymət, sığorta və yük) modelinin şərtləri əsasında həyata keçirilməsi planlaşdırılır ki, bu modelə əsasən, satıcı malların limana çatdırılması, sığorta, gəminin yüklənmə xərclərini ödəyir.