SOSİUM

03 Aprel

"Britaniyalıların fəlakətli yoxsullaşması" ölkədə etiraz yürüşlərinə səbəb olub

“Bloomberg”: İngilislər enerji böhranı səbəbindən bir gecədə fəlakətli şəkildə yoxsullaşıblar

3 aprel. Fins.az – “Bloomberg” ölkədə böhranın başlandığını əks etdirən "bir gecədə milyonlarla britaniyalının fəlakətli yoxsullaşması" haqqında məqalə dərc etdi.

“Elektrik enerjisinin qiymətləri rekord səviyyəyəqalxdıqdan sonra evi isitmək, duş qəbul etmək və ya şam yeməyi bişirmək - bütün bunların qiyməti cümə günü Böyük Britaniyada milyonlarla insan üçün çox yüksək səviyyəyə qalxıb”, – deyə nəşr qeyd edir.

Agentlik yazır ki, hava şəraiti vəziyyəti daha da pisləşdirir. Belə ki, proqnozlara əsasən, yaxın gələcəkdə bir çox britaniyalı ailə büdcəsinə qənaət etmək və ya isti otaqda yaşamaq arasında seçim qarşısında qalacaq.

Qeyd olunur ki, ölkənin işləyən vətəndaşları tezliklə maaşlarının "bir qədər azaldığını" görə bilərlər və orta illik elektrik enerjisi haqqı, əksinə, 693 funt sterlinq (təxminən 77 min rubl) artacaq.

“Bloomberg” daha sonra yazır: “Cümə günündən etibarən bir çox abonent qazın qiymətlərinin 81faiz, elektrik enerjisinin qiymətlərinin 36 faiz artdığını görə bilərlər”.

Digər məsələlərlə yanaşı, agentlik vəziyyəti "fəlakətli"  qiymətləndirən ekspertlərin sözlərinə istinad edir. Belə ki, “National Energy Action” (NEA) xeyriyyə təşkilatının baş direktoru Adam Skorer böhranı “zəmanəmizin ən böyük qiymət şoku” adlandırıb. Öz növbəsində, keçmiş baş nazir Qordon Braun LBC radiosuna verdiyi müsahibədə "istiliksiz və yeməksiz qala biləcək çoxlu sayda insanın" taleyi ilə bağlı narahatlığını ifadə edib.

Əhalinin reaksiyası özünü çox da gözlətməyib. Cümə günü Londonda sakinlər enerji qiymətlərinin kəskin artması ilə bağlı hökumət əleyhinə etiraz aksiyası keçiriblər.

Milli Assambleya hərəkatı fəallarının iştirak etdiyi aksiyalar Böyük Britaniya hökumətinin Dauninq-stritdəki iqamətgahı yaxınlığında keçirilib. Onların tələbləri arasında baş nazir Boris Consonun və Mühafizəkarlar Partiyası hökumətinin istefası da var.

Şənbə günü səhər fəallar Liverpul və Mançester də daxil olmaqla, Böyük Britaniyanın 25 ən böyük şəhərində daha geniş etiraz yürüşlərinə başlayıblar.