SOSİUM

29 Mart

İTSDA "Moderna" peyvəndinin gətirilməsi məsələsinə münasibət bildirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Moderna peyvəndinin Azərbaycana gətirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir. Hazırda müəyyənləşdirilən tələbata uyğun olaraq 2022-ci ildə təsdiq olunmuş müqaviləyə əsasən 2 080 000 doza vaksinlərin gətirilməsi nəzərdə tutulub. Onlardan 2 000 000 doza "CoronaVac", 80 000 doza isə "Sputnik V" vaksinidir.

Qeyd edilib ki, "Moderna" peyvəndinin alınması üçün hələ ki, müvafiq qurumlar tərəfindən tələb irəli sürülməyib. Belə bir tələb yaranacağı zaman uyğun vaksin alışını həyata keçirlə bilər.