Dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti açıqlanıb.
Fins.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən millət vəkili Tahir Mirkişili deyib ki, 1-ci hədəf Şuşa şəhəri avtomobil yolunun tikilməsi olub ki, hesabat ilində uzunluğu 101 km olan Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib:
“2-ci hədəf: Füzuli şəhərində aeroportun fəaliyyətə başlaması. Hesabat ilində Qarabağın hava qapısı adlandırılan Füzuli beynəlxalq aeroportu istifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub;
3-cü hədəf: Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, Rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb;
4-cü hədəf: Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması;
5-ci hədəf: Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi;
6-cı hədəf: Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması;
7-ci hədəf: Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınması”.