SOSİUM

11 Mart

Amnistiya aktı ilə 1,5 milyon manat cərimə silinib

Sonuncu Amnistiya aktı ilə 1200 nəfər məhkum pul cərimə cəzasından azad edilib.

Fins.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ləğv edilən cərimələrin miqdarı ümümulikdə 1 milyon 500 min manatdır.