SOSİUM

11 Mart

Qulluq stajına görə əlavə alan pensiyaçıların sayı açıqlanıb

Qulluq stajına görə əlavə alan pensiyaçıların sayı 102 min nəfərdir.

Fins.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev "Sosial saat"da deyib. Onun sözlərinə görə, onlardan təxminən 70 minə yaxını hərbi rütbəli şəxslərdir:

"Ölkə başçısının sərəncamının əsas hədəfi hərbi rütbəli şəxslər olub. Bundan başqa qulluq stajına görə pensiya alanlar arasında digər qurumların əməkdaşları da var" - o deyib.

Qeyd edək ki, martın 4-də Prezidentin müvafiq sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək.