SOSİUM

02 Mart

Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib.

Fins.az-ın məlumatına görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

O, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri təyin edilib. 

Şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

Vəli Quliyev

Fuad Heydərov