Fransanın "Alstom" şirkəti Azərbaycana sayca 39 və 40-cı yük lokomotivlərini tədarük edib.
Bunu şirkətin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov deyib.
Qeyd olunur ki, lokomotivlər bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultandan Bakıya yola salınmışdı.
Bu, "Alstom" şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.
Qeyd edək ki, ötən həftə daha bir lokomotiv Bakıya çatmışdı. Bununla da "Alstom"un "Azərbaycan Dəmir Yolları"na yük lokomotivinin tədarükü prosesi başa çatıb.