SOSİUM

28 Fevral

Əfqanıstanda döyüşlərdə əlil olanlara yeni güzəşt müyyənləşə bilər

Ombudsman Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən əlil olmuş şəxslərlə bağlı yeni dəyişiklik təklif edir.

Fins.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən əlil olmuş şəxslərin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndi ilə əhatə olunan imtiyazlı şəxslər kateqoriyasına aid edilməsi təklif edilir.