SOSİUM

24 Fevral

ABADA: "Ukraynadakı sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşir"

"Hazırda Ukrayna ərazisində olan sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşirlər".

Bu barədə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda Ukraynada və münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus beynəlxalq yükdaşıma xidməti göstərən bir neçə nəqliyyat vasitəsi var: Daşıyıcı şirkətlərlə əlaqə saxlanılıb. Səfərdə olan sürücülərimiz təhlükəsiz ərazilərdə cəmləşirlər".