SOSİUM

29 Sentyabr

Ötən ay uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Avqust ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, avqust ayında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə daha çox Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Məryəm, Zeynəb, Mələk və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, habelə statistik göstəricilər barədə məlumatlar “Elektron Hökümət” portalı (www.e-gov.az) və Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumatın verilməsi” elektron xidmət vasitəsi ilə əldə oluna bilər.